15:34, 14 İyun 2019 (Cümə) 120

Assanjın ekstradisiyası ilə bağlı məhkəmə 2020-ci ilə təyin edilib

Assanjın ekstradisiyası ilə bağlı məhkəmə 2020-ci ilə təyin edilib


/ DÜNYA
ABŞ-ın tələbi üzrə "WikiLeaks" şirkətinin təsisçisi Culian Assanjın ekstradisiyası ilə bağlı beşgünlük məhkəmə iclası 2020-ci il fevralın 24-dən sonra keçiriləcək.

"Report.az" xəbər verir ki, Culian Assanjın ekstradisiyası məsələsinin nəzərdən keçirildiyi Londonun Vestminster Magistratlar Məhkəməsində prosedur iclasında hakim bildirib.

ABŞ prokurorluğunun nümayəndələri Birləşmiş Ştatlarda Assanja qarşı irəli sürülən və avstraliyalının ekstradisiya tələbinin son versiyasında təsbit edilən ittihamları söyləyəcək.

Sənədin son versiyası ötən həftə Vaşinqton tərəfindən Londona göndərilib. Bundan sonra sorğu Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid tərəfindən imzalanıb, başqa sözlə, rəsmi şəkildə nəzərdən keçirilmək və qərar qəbul edilməsi üçün məhkəməyə müraciət edilmək üçün qəbul edilib.