12:12, 17 İyun 2019 (Bazar ertəsi) 213

Ağstafada bazarda atışma olub - Ölən və Yaralananlar var

Ağstafada bazarda atışma olub - Ölən və Yaralananlar var
Ağstafa rayonunda bazarda 4 nəfər güllələnərək qətlə yetirib.

"Report.az" xəbər verir ki, hadisə rayonun Böyük Kəsik kəndi ərazisində qeydə alınıb.   

Onların əksəriyyəti ayaqlarından güllə yarası alıblar.

Belə ki, həbsdən yenicə çıxmış şəxs bazarda atəş açaraq 8 nəfəri güllələyib. Nəticədə ana və iki övladı, eləcə də orada satıcı işləyən şəxs hadisə yerində ölüb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. 

Hadisəyə nəsillər arasında uzun illərdir mövcud olan qan davasının səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.