11:22, 10 Sentyabr 2019 (Çərşənbə axşamı) 30

Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir
Məhərrəm ayının 1-i miladi təqvimlə bu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Azadlıq Radiosunun verdiyi məlumata görə, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətva verib.

Aşura mərasimləri ilə əlaqədar Bakıda polis gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin məlumatında qeyd edilir.

Qurumdan verilən məlumata görə, Bakının bütün məscid və ziyarətgahlarının ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunub. Habelə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcəyi açıqlanıb.

QMİ mərasimlərdə bədənə zəncir vurmağı və başqa oxşar halları da düzgün saymır.

Sentyabrın 10-da Aşura günü ilə bağlı ölkənin bir sıra yerlərində hemofiliyalı və talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçirildiyi açıqlanıb.