17:10, 09 Sentyabr 2019 (Bazar ertəsi) 94

Aşurə ilə bağlı polis gücləndirilmiş rejiminə keçib

Aşurə ilə bağlı polis gücləndirilmiş rejiminə keçib
Aşura mərasimləri ilə əlaqədar Bakıda polis gücləndirilmiş rejimdə işləyəcək.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin yaydığı məlumata belə deyilir.

Məlumata görə,  polis mərasimlə bağlı ictimai qaydanın qorunmasını və ictimai təhlükəsizliyi təmin edəcək.

Bakının bütün məscid və ziyarətgahlarının ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçirilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Sentyabrın 1-i hicri təqvimi ilə Azərbaycanda məhərrəm ayı başlayıb. Məhərrəm ayının 1-i miladi təqvimlə bu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura fətva verib.