16:46, 14 Noyabr 2019 (Cümə axşamı) 102

“AtaBank” terminallarında problem yaşanır

“AtaBank” terminallarında problem yaşanır
"Vətəndaşlar mərkəzə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, pullarını ala bilərlər".

"AtaBank”ın terminallarından istifadə edən tələbələr son zamanlar təqüdünü çıxarmaqda problem yaşadıqlarını bildiriblər. 

Onların sözlərinə görə, ölkə ərazisində "AtaBank”a məxsus terminalların hamısında eyni problemi yaşayırlar. 

Digər bank terminallarından istifadə etdikdə isə pul əlavə faizlə çıxdığından tələbələrin etirazına səbəb olub.
 
 

Məsələylə bağlı "AtaBank”dan Toplum.tv-yə bildirilib ki, bankda texniki yenilənmə gedir. 

"Vətəndaşlar mərkəzə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşıb, pullarını ala bilərlər", - bankdan bildirilib. 

"Problem nə zaman həll olunacaq” sualına isə bank tərəfindən cavab verilməyib.
 

Roza Məmmədova