Dünya

Atambaev qətldə ittiham olunur

13 Dekabr, 2019
265
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev-ə təhlükəsizlik əməkdaşının ölümüylə bağlı ittiham irəli sürülüb.

AzadlıqRadiosu xəbər verir ki, Daxili İşlər naziri Kashkar Junushaliev dekabrın 13-də deyib ki, Atambaev polkovnik Usenbek Niyazbekovun güllələnərək öldürülməsində şübhəli bilinir və ona bu haqda məlumat verilib.

Hadisə avqustda keçmiş liderin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ikigünlük qarşıdurma zamanı baş vermişdi. Altı uşaq atası olan polkovnik Atambaevin Bişkek yaxınlığındakı evinə reyd zamanı öldürülüb.

Junushalievin sözlərinə görə, ekspertiza Niyazbekovun Atambaev-in adına qeydiyyatda olan məxsus snayper avtomatıyla sinəsindən vurulduğunu üzə çıxarıb.

Atambaev avqustun 8-də jurnalistlərə demişdi ki, binada təkcə onun silahı olub və toqquşmalar zamanı odlu silahdan da təkcə o istifadə edib.

Atambaev Daxili İşlər Nazirliyinin dindirilməylə bağlı üç çağırışına cavab verməyəndən sonra təhlükəsizlik əməkdaşları onun evinə göndərilib. Prezident 2013-cü ildə mütəşəkkil cinayətkar dəstə başçısının qanunsuz olaraq azadlığa buraxılmasında iddia olunan roluna görə dindirilməyə çağırılırdı.

Keçmiş prezident ikigünlük qarşıdurmadan sonra polisə təslim olub, avqustun 8-də həbs edilib.

Ona dövlət təmsilçisinə qarşı zorakılıqdan istifadə, kütləvi iğtişaş təşkili, qətl cəhdinin arxasında durmaq, girovgötürmə, korrupsiya ittihamları irəli sürülüb.

Keçmiş prezident və tərəfdarlarının müqaviməti nəticəsində 170-dan çox adam xəsarət almışdı. Onların içində 79 hüquq-mühafizə əməkdaşı da vardı.

Bu zorakılıq Atambaevlə öz əliylə seçdiyi varisi Sooronbai Jeenbekov arasında hakimiyyət çəkişməsinin nəticəsi idi və ölkədə sabitliyin pozulacağı sarıdan narahatlıq yaratmışdı.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo