16:00, 25 İyun 2019 (Çərşənbə axşamı) 75

Atambaevin toxunulmazlığının ləğvini prokurorluq da dəstəkləyir

Atambaevin toxunulmazlığının ləğvini prokurorluq da dəstəkləyir


/ DÜNYA
Qırğızıstan Baş Prokurorluğu ölkə parlamentinin keçmiş prezident Almazbek Atambaev-in toxunulmazlığını ləğv etməsini dəstəkləyib.

Bu barədə AzadliqRadiosu xəbər verir.

Xəbərdə deyilir ki, Baş prokuror Otkurbek Jamshitov iyunun 25-də deyib ki, prokurorluq deputatların ötən həftə Atambaev-ə irəli sürdükləri altı ittihamdan beşini əsaslandırıblar. Deputatlar keçmiş prezidenti hakimiyyətdən sui-istifadədə ittiham ediblər.

Prokurorluğun təsdiqi parlamentin Atambaev-in eks-prezident statusunu almasına yol açır, bu da onun cinayət təqibinə qarşı toxunulmazlığını itirəcəyi deməkdir.

Atambaev 2017-ci ilin oktyabrında prezident seçilmiş Sooronbai Jeenbekov-u dəstəkləyirdi. Amma son aylar tərəflər qarşılıqlı ittihamlar səsləndirməkdədir.

Hakimiyyət orqanları bu ayın əvvəllərində keçmiş prezident administrasiyasının ədliyyə sistemində islahatlar şöbəsinin başçısı Manasbek Arabaevi korrupsiya ittihamları ilə həbs edib.

Atambaevin vaxtında baş nazir olmuş Sapar Isakov və Jantoro Satybaldiev-ə qarşı da korrupsiya ittihamı irəli sürülüb.

Ötən il Qırğızıstan hüquq-mühafizə orqanları gömrük idarəsinin keçmiş rəisi Adamkul Junusovu və keçmiş müşavir Ikramjan Ilmiyanovu həbs etmişdi.