12:11, 08 Avqust 2019 (Cümə axşamı) 42

Atambayev Bişkekdə mitinq keçirəcək

Atambayev Bişkekdə mitinq keçirəcək


/ DÜNYA
Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev avqustun 8-də yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 18.00-da) ölkə paytaxtı Bişkekdə "Forum”un binası qarşısında mitinq keçirəcək.

 "Sputnik Kırgızistan” xəbər verir ki, bunu Alamzbek Atambayev avqustun 8-də Koy-Taş kəndində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin aksiyada tərəfdarları ilə görüşəcək və bu tədbirdən sonra, o, parlamentin binası qarşısında mitinq keçirməyi planlaşdırır.

Keçmiş prezident bildirib ki, hadisə zamanı tərəfdarları silahlı olmayıb, xüsusi təyinatlının ölümündə isə hakimiyyət günahkardır.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub.

Koy-Taş kəndi Bişkekdən 20 km aralıda yerləşir.