16:26, 08 Avqust 2019 (Cümə axşamı) 55

Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb

Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb


/ DÜNYA
Qırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin Bişkek yaxınlığındakı evi ətrafında daha bir əmliyyat başlayıb.

Bu barədə "Sputnik Qırğızıstan”xəbər verir.

Xəbərdə deyilir ki, əməliyyata cəlb edilən 200 nəfərədək polis əməkdaşı səsli və işıqlı qumbaralar və bibər qazı tətbiq edir, qarşı tərəf isə daş və Molotov kokteyli atır.

Paytaxtın 20 kilometrliyindəki Koy-Taş kəndində yerləşən A.Atambayevin evinə tərəf üç "KamAZ” maşını, beş avtobus və iki mikroavtobus polis yeridilib. Bundan əvvəl şəhərdə prezident Sooronbay Jeenbekovun istefası tələbi ilə aksiya keçirməyə hazırlaşan A.Atambayevin tərəfdarları baş verənlərdən xəbər tutaraq Koy-Taşa üz tutub.