17:13, 08 Avqust 2019 (Cümə axşamı) 124

Atambəyov: ”Qırğızlar dizi üstündə yaşamayacaqlar”

Atambəyov: ”Qırğızlar dizi üstündə yaşamayacaqlar”


/ DÜNYA
"Qırğızıstandakı vəziyyət vətəndaş müharibəsinə çevrilməyəcək”.

Bunu Toplum TV-yə son zamanlar Qırğızıstanda baş verən siyasi prosesləri şərh edən politoloq Zərdüşt Əlizadə bildirib. 

Zərdüşt Əlizadə deyib ki, Atambəyov digər postsovet rəhbərləri kimi vaxtı çatanda vəzifədən yapışmayıb. Bu da xalq arasında onun nüfuzunu artırıb: "Bundan sonra o nüfuzundan isifadə  edib hadisələrə təsir göstərməyə çalışdı. Həm şəhər hadisələrinə qarışmaq ehtimalı, həm də prezident üçün təhlükə yaratması onu hazırki iqtidarla qarşı-qaşıya qoyub”.
 
 
Zərdüşt Əlizadə 

Politoloqun sözlərinə görə, vəziyyət vətəndaş müharibəsi səviyyəsinə çatmayacaq: "Sadəcə, Atambəyov özünü qorumaq üçün tərəfdarlarını sipər edir”.

Avqustun 7-də Qığızıstan prezidenti Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub.

Hücum nəticəsində ölən və yarananlar var.

"Tərəfdarlarım onları konfetə qonaq etmədiyinə görə xüsusi təyinatlılar da daxil olmaqla yaralananlar olduğuna təəssüf edirəm”, –  Almazbek Atambayev baş verənlərə belə reaksiya verib. 

Onun sözlərinə görə, xüsusi təyinatlılar döyüş silahları da tətbiq edib. 

Keçmiş prezident bildirib ki, onun tutulması üçün antiterrorçu "Alfa” dəstəsi göndərilib.

Eks prezidentin evinə hücumlar bu gün də davam edib. 

Evinə sığınan Atambəyov tərəfdarları tərəfindən qorunur. 

Polis içəri girərkən gözyaşardıcı qaz və qumbaralardan istifadə edib".

Roza Məmmədova