14:01, 19 Dekabr 2018 (Çərşənbə) 602

Atatürk hava limanında söküntü nə vaxt olacaq?

Atatürk hava limanında söküntü nə vaxt olacaq?


/ DÜNYA
İstanbulun Atatürk hava limanında avadanlıqların sökülməsi və yeni aeroporta daşınması prosesinin tarixi 2019-cu ilin martına keçirilib.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.

Qeyd olunub ki, vaxtın dəyişdirilməsi texniki məsələlərlə bağlıdır.

Bir müddət əvvəl nəqliyyat və infrastruktur naziri Mehmet Cahit həmin prosesin bu il dekabrın 30-da başlayacağını demişdi.

Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişin daşımaları yeni aeroportdan həyata keçiriləcək.

İstanbulun üçüncü hava limanı şəhərin şimal hissəsində, Terkos gölü yaxınlığında inşa olunub.