13:02, 27 Oktyabr 2020 (Çərşənbə axşamı) 123

Atəşkəs yenidən pozulub(YENİLƏNİB)

Atəşkəs yenidən pozulub(YENİLƏNİB)
Oktyabrın 27-dən  Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutur.
 
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

10:09
 
Dünən qüvvəyə minmiş yeni humanitar atəşkəs rejimi pozulub.

Bu barədə Müdafiə Nazirliyi(MN) məlumat yayıb.
 
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-da gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələri müxtəlif silahlardan atəşə tutub: "Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub”.
Məlumatda həmçinin bildirilir ki, Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var: "Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd "Osa-AKM” ZRK, 1 ədəd BM-21 "Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb”.
 
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.

3-cü humanitar atəşkəs razılaşması isə oktyabrın 26-sı saat 08.00-da qüvvəyə minib.