12:10, 19 May 2020 (Çərşənbə axşamı) 132

ATƏT Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayır

ATƏT Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə videokonfrans formatında görüş keçirib. 

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hazırki vəziyyət və yaxın aylarda, postpandemiya dövründə atılacaq addımlar müzakirə olunub, xəbəri XİN-in mətbuat xidməti yayıb.

Tərəflər pandemiyadan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi tarixi və yeri dəqiqləşdirmək barədə razılıq əldə ediblər.
 
turan.az