Siyasət

ATƏT erkən parlament seçkiləriylə bağlı hesabat yayıb

26 Dekabr, 2019
330
ATƏT-in seçkiləri müşahidə missiyası qarşıdan gələn 9 fevral erkən parlament seçkiləriylə bağlı ehtiyacların dəyərləndirilməsi hesabatını açıqlayıb.

MeydanTV-nin verdiyi məlumata görə, Azərbaycan hökumətinin dəvətiylə 9 fevral, 2020-ci ildə keçirilməsi gözlənilən parlament seçkilərini müşahidə etmək üçün ölkəyə gələn ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) 19-21 dekabr tarixlərində ölkədə ehtiyacların dəyərləndirilməsi missiyasını həyata keçiriblər. Missiyaya qurumun yüksək seçki məsləhətçisi Aleksey Qromov (Alexei Gromov) və digər seçki məsləhətçisi Radivoj Qrujiç (Radivoje Grujic) o cümlədən, ATƏT Parlament Assambleyasının Program və Administrativ səlahiyyətlisi Tim Knoblau daxil olub.

Qurum bildirib ki, missiyanın məqsədi seçkiöncəsi mühiti və hazırlıqları dəyərləndirmək olub. Bu dəyərləndirməyə dayanaraq missiya ATƏT-in seçki müşahidə nümayəndlərini ölkəyə yönləndirməyi tövsiyə edir. Seçkiöncəsi dəyərləndirmə səfəri zamanı missiyanın nümayəndələri dövlət institutları və seçki administrasiyası, həmçinin siyasi partiya, media, vətəndaş cəmiyyəti və beynəlxalq ictimaiyyətin nümayəndləri ilə görüşüblər.

Azərbaycanda parlament seçkiləri əsasən Konstitusiya və Seçki Məcəlləsi ilə tənzimlənir.

Hesabatda qeyd edilir ki, seçki qanunvericiliyinə ATƏT/DTİHB -nin əvvəlki tövsiyələrini, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığı ilə bağlı, habelə seçki administrasiyasının qərəzsizliyi, namizədlərin qeydiyyatı, media mühiti və seçkinin keçirilməsi ilə bağlı dəyişikliklər olmayıb. "Hakimiyyət seçkilərin açıq, şəffaf və ədalətlilik prinsipinə uyğun olaraq keçirmək öhdəliyini vurğulamışdı”, - hesabatda qeyd edilir.

ATƏT/DTİHB-in fəaliyyət göstərdiyi dövrdə artıq 802 nəfər namizədliyini irəli sürüb və 447 namizəd qeydə alınıb. Potensial namizədlərdən namizədliklərinin 450 seçicinin imzası ilə dəstəklənməsi tələb olunur. ATƏT/DTİHB-in hesabatında qeyd edilir ki, namizədlərin qeydiyyatı prosesinin qərəzsizlik məsələsi xüsusi narahatlıq doğurur, xüsusən də imzaların yoxlanılması prosedurları ilə bağlı ciddi narahatlıq ifadə edilir.

Seçki öncəsi Azərbaycanda bir sıra müxalifət partiyaları və hərəkatlar ictimai şəkildə bu seçkiləri boykot edəcəklərini açıq şəkildə bəyan ediblər.

Hesabatda həmçinin bildirilir ki, Konstitusiya ilə təmin edilsə də, toplaşma və ifadə azadlıqları qanuni çərçivədə və ciddi şəkildə məhdudlaşdırılır və bu, hökumətə qarşı tənqidi fikirləri ifadə edənlərin sistematik təzyiqə məruz qalmsına səbəb olur.

ATƏT/DTİHB-in hesabatında vurğulanır ki, erkən parlament seçkiləri ilə bağlı ölkəyə seçkini müşahidə missiyası yerləşdirməyi tövsiyə edir, ATƏT üzvlərinə 30 uzunmüddətli, 350 qısamüddətli müşahidəçi göndərmək tövsiyə olunur.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo