15:58, 09 Dekabr 2019 (Bazar ertəsi) 94

ATƏT PA-nın prezidenti Azərbaycanda aparılan islahatları alqışlayıb

ATƏT PA-nın prezidenti Azərbaycanda aparılan islahatları alqışlayıb
"Azərbaycanda aparılan islahatlar, gənclərin siyasi arenaya daxil olması böyük əhəmiyyət kəsb edir”.

"Report” xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Giorgi Tsereteli jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan rəhbərliyi reallaşdırdığı islahatlar və dəyişikliklərlə demokratik prisniplərə sadiqliyini nümayiş etdirir: "Bu dəyişikliklərin ilk növbədə Azərbaycan xalqının maraqlarına cavab verməsinə diqqət çəkir”.

G.Tseretelinin sözlərinə görə, islahatlar deməyə əsas verir ki, Azərbaycanda seçiləcək yeni parlament daha enerjili və daha fəal olacaq.