13:56, 28 Noyabr 2019 (Cümə axşamı) 52

ATƏT sədri: "Jurnalistlərin səfəri siyasi həll üçün yol açacaq"

ATƏT sədri:
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərinə münasibət bildirib.

Xəbəri Report yayıb.

Bakıda səfərdə olan ATƏT sədri jurnalsitlərə açıqlamasında bunun müsbət addım olduğunu, etimadı artırdığını, ab-havanı yaxşılaşdırdığını və gərginliyi azaltdığını deyib.

O hesab edir ki, bu, siyasi həll üçün yol açacaq: "Bildiyiniz kimi, Slovakiya bu il ATƏT-ə sədrlik edir. Biz, əlbəttə ki, vəziyyətin inkişafını yaxından izləyirik. İnanıram ki, Slovakiyanın sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək".