18:08, 22 İyul 2019 (Bazar ertəsi) 77

ATƏT Ukranyada keçirilən seçkilərlə bağlı açıqlama yayıb

ATƏT Ukranyada keçirilən seçkilərlə bağlı açıqlama yayıb


/ DÜNYA

"Ukraynada seçkilər şəffaf keçirilib və vətəndaşların öz iradəsini sərbəst ifadə etmək prosesinə tətbiq olunan beynəlxalq standartlara uyğun olub.”

Bu sözləri ATƏT-in xüsusi koordinatoru, ATƏT Parlament Assambleyasının fəxri sədri, Finlandiya parlamentinin müdafiə komitəsinin rəhbəriİlkka Kanervadeyib.

Bu barədə "Report.az" məlumat yayıb.

 

"Səsvermə şəffaf olub, seçkilərin təşkili isə yaxşı səviyyədə idi. Səslərin sayımı da şəffaf olub", - o bildirib.

İ.Kanervanın sözlərinə görə, seçki kampaniyası demokratik prosedurlarla bağlı bir sıra pozuntulara baxmayaraq, rəqabətli keçib.

Səsvermə protokollarının 64,03%-nin sayılmasının nəticələrinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin tərəfdarlarının Xalqın Xidmətçisi Partiyası səslərin 42,54%-ni qazanıb.