15:21, 17 İyun 2019 (Bazar ertəsi) 98

ATV AFFA-nı tənqid edən jurnalistlə bağlı açıqlama yaydı

ATV AFFA-nı tənqid edən jurnalistlə bağlı açıqlama yaydı
Teleaparıcı İlkin Xəlilov "ATV"də işinə davam edəcəyini bildirib.

Bu barədə o öz feysbuk hesabından bildirib.

İlkin Xəlilov bildirib ki, bütün suallara tam aydınlıq gəldiyindən artıq son nöqtəni qoymaq olar.

"ATV-də işimə davam edirəm. Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm".

O, son günlər sosial şəbəkələrdə ona dəstək olanlara da öz təşəkkürünü bildirib.

"Sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu".

Son vaxtlar sosial şəbəkələrdə İlkin Xəlilovun Azərbaycanın milli futbol komandasıyla bağlı efirdə çıxışı gündəm olmuşdu. O, Azərbaycan millisinin məğlubiyyətinin günahkarı kimi "AFFA"da görmüşdü. 

"ATV" bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilib ki, İlkin Xəlilov işdən çıxarılmayacaq. İşinə davam edəcək. 
 
Əbülfət Baxşəli