10:39, 19 Noyabr 2020 (Cümə axşamı) 107

Avropa Birliyində Qarabağ məsələsi müzakirə olunacaq

Avropa Birliyində Qarabağ məsələsi müzakirə olunacaq
Avropa Birliyinin xarici işlər nazirləri Dağlıq Qarabağdakı hadisələri müzakirə edəcəklər. 

Bu barədə noyabrın 19-da "Interfax" xəbər verib. Xəbərdə bildirilir ki, Avropa Birliyi münaqişənin həllində siyasi rol oynamaq istəyir. 

"Biz atəşkəs müqaviləsinin bağlanmasını alqışlayırıq, bu münaqişənin siyasi həllinin axtarışları və Dağlıq Qarabağın yekun həllinin müəyyənləşməsi üçün vacibdir. Bizi hazırda bu maraqlandırır. Avropa Birliyinin üzvü olan Fransa ATƏT-in Minsk qrupunun üzvüdür və Avropa Birliyi bu münaqişənin həllində siyasi rol oynamaq istəyir. Nazirlərin görüşündə elə bu məsələ müzakirə olunacaq", - deyə Avropa Birliyinin yaydığı məlumatda bildirilib.