20:05, 23 Oktyabr 2019 (Çərşənbə) 1697

Avropa İttifaqı liderlərdən “Brexit”in ertələnməsini tələb edəcək

Avropa İttifaqı liderlərdən “Brexit”in ertələnməsini tələb edəcək


/ DÜNYA
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirib ki, "Brexit”i əngəlləmək üçün 27 üzv ölkədən İngiltərənin uzatma tələbini qəbul etməsini istəyəcək.

Tusk ingilis hökumətinin "Brexit” razılaşmasını 3 gün ərzində İcmalar Palatasından keçirməyi məqsədləyən təklifin rədd edilməsinin ardınca Tvitter səhifəsindən bir mesaj paylaşıb: "İngiltərənin Baş naziri Boris Consonun "Brexit” sazişinin ratifikasiyasını dayandırması barədə qərarından sonra 27 üzv dövlətdən Britaniyanın uzatma tələbini qəbul etməsini istəyəcəyəm".

Donald Tusk bu tələb üçün yazılı bir əməliyyat aparmaq istədiyini bildirib.

İngiltərə hökumətinin "Brexit” sazişini 3 gün ərzində İcmalar Palatası vasitəsi ilə keçməsi təklifi rədd edildi.

Bu nəticənin ardından Baş nazir Conson "Brexit”in ölkənin daxili qanununa köçürülməsi mövzusunda qanun layihəsinin İcmalar Palatasındakı müzakirəsini dayandıracağını açıqlayıb.

Bu axşam ilk səsvermədə qanun layihəsi millət vəkillərinin razılığını alıb.

Zərifə Novruz