16:23, 17 Oktyabr 2019 (Cümə axşamı) 888

Avropa İttifaqı və Böyük Britaniya “Brexit” üzrə razılıq əldə edib

Avropa İttifaqı və Böyük Britaniya “Brexit” üzrə razılıq əldə edib


/ DÜNYA
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya nümayəndələri danışıqlar nəticəsində "Brexit” üzrə razılıq əldə ediblər.

Bu barədə "Reuters” məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker sazişi "Aİ və Böyük Britaniya üçün ədalətli və balanslı" adlandıraraq, bu gün və sabah davam edən Avropa Şurasının təsdiqlənməsini tövsiyə edib.

"Brexit" Böyük Britaniyanın 28 üzvlü Avropa Birliyindən çıxışını nəzərdə tutan prosesin qısaldılmış adıdır. Bu söz Yunanıstan Avrozonanı potensial tərk etmə prosesinə verilmiş "Grexit"-dən götürülüb.

2016-cı il  iyunun 23-də britaniyalı seçicilər Avropa Birliyini tərk etməyə səs verib.

Baş nazir Deyvid Kameron 2015-ci ildə prezident seçildiyi təqdirdə məsələ ilə bağlı referendum keçirəcəyinə söz verib.

Buradakı məqsəd Mühafizəkarlar Partiyasını sakitləşdirmək və Avropa Birliyinə üzvlüyə etiraz edənlərin qarşısını almaqdan ibarət idi.

Britaniyanın Avropa Birliyindən çıxmasının tərəfdarları düşünürlər ki, bu addım Britaniyanı iş yerlərinin açılmasına mane olan qərarlardan azad etməklə yanaşı, ölkənin öz qanunlarını və ticarət tərəfdaşlarını seçməsinə imkan yaradacaq.

AB tərəfdarları isə qurumda qalmaqla ölkənin qlobal təsir imkanlarını, eləcə də hərbi və iqtisadi təhlükəsizliyini təmin edəcəyini bildirir.

Yaşı 18-dən yuxarı olan bütün Britaniya vətəndaşları Brexit referendumunda iştirak etmək imkanı əldə edib.

Bəziləri inanır ki, Britaniyanın qurumu tərk etməsi presedent yarada və başqa ölkələrin də öz referendumunu keçirməsinə yol aça bilər.
 
Zərifə Novruz