Dünya

Avropa Komissiyası Türkiyədəki suriyalı qaçqınlara vəsait ayırıb

31 Oktyabr, 2019
434
Avropa Komissiyası "Aİ-nin Türkiyədəki Qaçqınlar üçün Mexanizmi" çərçivəsində Türkiyədəki suriyalı qaçqınlara 663 milyon avro ayırıb.

Avropa Komissiyasının saytında bu barədə məlumat açıqlanıb. 
 
Məlumata görə, Türk Qırmızı Aypara və BMT-ni Dünya Qida Proqramı tərəfindən Türkiyədəki qaçqınlar üçün həyata keçirilən "Sosial Uyğunlaşma Yardımı" (SUY) proqramı çərçivəsində paylanan Qırmızı Aypara kartlarına 600 milyon avro köçürülüb. 

Ayrıca, təhsil və səhiyyə kimi əsas xidmətləri əhatə edən müxtəlif layihələrin həyata keçirilməsi üçün 63 milyon avroluq maliyyə vəsaiti ayrılıb.

Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə kommisarı Kristos Stilianidis bildirib ki, Aİ Türkiyə və qaçqınlarla bağlı öhdəliklərini yerinə yetirir. Aİ komissarı qeyd edib ki, blokun dəstəyi nəticəsində təxminən 1.7 milyon suriyalı qaçqın öz gündəlik ehtiyaclarını qarşılaya bilir.

"Sosial Uyğunlaşma Yardımı” proqramı çərçivəsində suriyalı qaçqınlara xüsusi debit kartlar verilib və bu kartlar vasitəsilə onlar hər ay maddi yardım alırlar. Sözügedən kartlar yalnız Türkiyə daxilində istifadə oluna bilər və istifadəçilərə ciddi nəzarət olunur.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo