18:34, 22 Avqust 2019 (Cümə axşamı) 60

Avropa Məhkəməsi Türkiyədən Vikipediya qadağasına görə hökumətə vaxt verib.

Avropa Məhkəməsi Türkiyədən Vikipediya qadağasına görə hökumətə vaxt verib.


/ DÜNYA
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Türkiyədə vikipediyaya qoyulan qadağanın Avropa İnsan Hüquqları Konvensiyası (AİHS) ilə uyğun olub-olmadığını sübut etməsi üçün hökumətə oktyabrın sonuna qədər vaxt verib.

"Deutsche Welle” xəbər verir ki, AİHM Vikimedia Fondunun Ankaraya qarşı qaldırdığı ittiham sənədlərini sürətlə icraata qoyub. Strasburqdakı məhkəmə vikipediyaya Türkiyədə gətirilən daxili qadağanın Avropa İnsan Hüquqları Konvensiyası (AİHS) ilə uyğun olduğunu sübut etməsi üçün Türkiyə hökumətinə 31 oktyabr 2019 tarixinə qədər vaxt verib.

Son zamanlarda ifadə və media azadlıqlarına dair Türkiyədən gələn məhkəmə müraciətlərini "prioritetləşdirən” AİHM vikipediya işi üçün də bu addımını davam etdirmə qərarını alıb. Məhkəmə iyul ayının əvvəlində qəbul edilmiş qərarla Türkiyə hökumətinə və iddiaçı olan ABŞ mərkəzli Vikimedia Fonduna suallarla müraciət edib.

Bu suallarda AİHM ilk olaraq Konstitusiya Məhkəməsi tərəfindən 2017-ci ildə qadağa qoyulması ilə bağlı fərdi müraciəti gündəmə gətirib. İki ildir müraciəti sonlandırmayan Konstitusiya Məhkəməsinin fərdi hüquq sahəsində "effektiv yerli hüquqi yol” olub-olmadığı ilə bağlı tərəflərdən münasibət tələb edib. Konstitusiya Məhkəməsinin internet saytlarının qadağa edilməsiylə bağlı mövqeyi barədə məlumat tələb edib.

"Vikipediyaya bütünlükdə qoyulmuş giriş qadağasının Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığına dair maddəsinə uyğundurmu” sualını verən AİHM həmçinin tərəflərdən"mübahisəli qadağa tədbirinin "qanuniliyi,” "məcburi sosial ehtiyaclara uyğun olub-olmadığını” və "bunun qanuni məqsədlərə nisbəti” barədə fikirlərini soruşub.

31 oktyabra qədər tərəflərdən gələn cavaba uyğun olaraq AİHM Strasburqda məhkəmə təşkil edəcək. Bu dönəmdə məsələni yaxından incələyən bir çox beynəlxalq media quruluşunun məhkəməni izləyəcəyi bildirilir. AİHM həmçinin bildirib ki, ölkədaxili hüquqda Konstitusiya Məhkəməsinin verəcəyi hər hansı bir qərar, yaxud Texnologiyalar və Kommunikasiya Qurumunun (BTK) qadağanı qaldırması, eləcə də Vikimedia Fondu ilə məsələ dostca həll tapması Türkiyə ilə bağlı davam edən insan haqları prosesinin formasını dəyişər.

Vikipedia 29 aprel 2017-ci ildə "Türkiyəni müxtəlif terror qruplarıyla əməkdaşlıq halında göstərməyə çalışan kontentlər səbəbiylə” ölkədə yasaqlanıb. Vikipediyanın bağlı olduğu Vikimedia Fondu 5 May 2017-ci ildə Ankara 1-ci Sülh Cəza Hakimliyinə müraciət edərək qadağaya etiraz edib. Ancaq etiraz "iki ayrı URL adresində olan kontent səbəbindən” rədd edilib.

Meydan.Tv