15:58, 03 İyul 2019 (Çərşənbə) 95

Avropa Parlamenti yeni spikerini seçib

Avropa Parlamenti yeni  spikerini seçib


/ DÜNYA
Avropa Parlamentinin sədri vəzifəsinə keçirilən səsvermə zamanı 4 namizəddən heç biri lazımı sayda səs toplaya bilmədiyindən ikinci mərhələ keçirilib.

İkinci mərhələdə İtaliyalı David-Mariya Sassoli Avropa Parlamentinin yeni sədri olub.

"Euronews" xəbər verir ki, ötən çağırışda vitse-spiker olan 63 yaşlı deputat səsvermənin ikinci mərhələsində palata üzvlərinin əksəriyyətinin səsini qazanıb.

345 deputat onun sədr olmasının lehinə səs verib.