Dünya

Avropa Parlamentinə dörd günlük seçkilər başlanıb

23 May, 2019
483
Mayın 23-də Avropa Parlamentinə dörd günlük seçkilər başlanıb, Niderland və Britaniyada məntəqələr açılıb.

Mayın 26-da bitəcək seçilər Avropada populistlərin və millətçilərin populyarlığının artdığı, Britaniyanın AB-dən çıxmağa çalışdığı bir dönəmə təsadüf edir.

Ümumilikdə 751 deputat seçiləcək, ancaq Britaniya AB-dən çıxınca bu rəqəm 705-ə düşəcək.

İfrat-sağçı partiyalar seçki kampaniyası dövründə AB-də bürokratiyanın azaldılması, immiqrasiyaya məhdudiyyət qoyulmasını təbliğ ediblər.

Fransa Prezidenti Emmanuel Macron deyib ki, indi əsas məsələ son altı onillik ərzində formalaşmış AB vəhdətini dağıtmaq istəyən "dağıtma və parçalama koalisiyasına güzəştə getməməkdir”.

Seçki öncəsi populistlər birlikdə görünməyə çalışıblar. Mayın 18-də İtaliyanın miqrasiyaya qarşı çıxan Daxili işlər naziri Matteo Salvini-yə yürüşdə 10 başqa millətçi lider qoşulub. Onların sırasında Fransanın Millətçi Yürüş partiyasının lideri Marine Le Pen və Almaniya üçün Alternativ partiyasının rəhbəri Joerg Meuthen olub.

Azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo