11:05, 12 Fevral 2020 (Çərşənbə) 32

Avropada ağır hava şəraiti 7 nəfərin ölümünə səbəb olub

Avropada ağır hava şəraiti 7 nəfərin ölümünə səbəb olub


/ DÜNYA
Avropanın şimalında ağır hava şəraiti 7 nəfərin ölümünə səbəb olub. Qasırğa sürətli küləklər və ağır yağışlar təyyarələrin uçuşlarına maneələr yaradıb.

AmerikanınSəsi xəbər verir ki, Polşanın xizək kurort şəhərciyində damın uçması nəticəsində bir qadın və onun 15 yaşlı qızı həyatını itirib. Daha 3 nəfərin xəsarət aldığı bildirilib.

 

Hava şəraitinin ağır fəsadları ilə üzləşən Britaniyada 20 mindən artıq ev dağılıb və ya işıqsız qalıb.

Ağır hava şəraitinin İngiltərə və Şorlandiyada davam edəcəyi proqnozlaşdırılıb.