16:40, 06 İyun 2019 (Cümə axşamı) 110

"Avropalı ekspertlər: Rusiya və Çin özünü kənarlaşdırılmış hiss edir



/ DÜNYA
Çin Xalq Respublikasının sədri  Si Cinpin Rusiyaya 3 günlük rəsmi səfərə  gedib.

Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

İki ölkə arasında ticarət müqaviləsi imzalanıb. 

Mətbuat konfrasında Çin prezidenti son 6 ildə 30-a yaxın görüş keçirtdiklərini və Putini yaxın dostu sayıb.

"O mənim ən yaxın dostumdur”, -Si Cinpin bildirib. 

Vladimir Putin isə Rusiya-Çin münasibətlərinin bu səviyyəyə çatdığına görə məmnun olduğunu deyib.

Rəsmi Moskvanın açıqladığı rəqəmlərə əsasən, Rusiya-Çin arasında olan ticarət əlaqələri təkcə 2018-ci ildə 25% artaraq 108 miyard dollar dəyərinə çatıb.

Avropalı ekspertlərə görə, bu iki dövlətin bu səviyyədə yaxınlaşmasına səbəb özlərini Qərb dövlətləri tərəfindən kənarlaşdırılmış kimi hiss etmələridir.

Vüqar Mirzəbəy