23:04, 13 İyun 2019 (Cümə axşamı) 188

Avtomobil zavodu istehsalı 3 dəfə artıracaq

Avtomobil zavodu istehsalı 3 dəfə artıracaq
"Khazar" avtomobillərinin istehsalının 2019-cu ildə 3 dəfə artırılması gözlənilir.

Bu barədə "Trend" məlumat yayıb.

Müəssisədə "Peugeot 206" və "Peugeot 207" modellərinin istehsalını təşkil etmək planlaşdırılır.

Məlumatda Hazırda Ukrayna və Rusiya ilə danışıqlar aparıldığı və prosesin yaxın aylarda təşkil olunacağı bildirilib.

Şirkətdən 2019-cu ilin əvvəlindən 300 avtomobil satıldığı bildirilib.

Keçən il istehsal olunan mindən çox avtomobilin 95 faizi satılıb.

 "Khazar" avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir və zavodda avtomobillər "Avro-5" standartlarına uyğun istehsal olunur.