21:32, 17 Oktyabr 2020 (Şənbə) 51

Çavuşoğlu Bayramovla danışıb

Çavuşoğlu Bayramovla danışıb
Türkiyə və Azərbaycanın XİN başçıları arasında telefon danışığı olub.

Oktyabrın 17-də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə "report.az" məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Ermənistanın humanitar atəşkəs rejimini pozmasını və Gəncəyə raket hücumunu müzakirə ediblər.

Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 14 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.