14:10, 25 İyun 2019 (Çərşənbə axşamı) 125

AXCP fəalı 30 sutka həbs edilib

AXCP fəalı 30 sutka həbs edilib
İyunun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Eldəniz Ağayevə 30 sutka inzibati həbs cəzası verilib.

 Bu barədə Turan İA-ya  AXCP-dən bildiriblər.

Mənbənin məlumatına görə, E.Ağayevi iyunun 24-də iş yerindən aparıblar. Lakin polisdə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin (polisin qanuni əmrinə tabe olmamaq) pozulmasına dair protokol tərtib edilib.

"Başa düşə bilmirik ki, iş yerində olan şəxs polisə necə müqavimət göstərə bilər?", - AXCP-dən deyiblər.

Qeyd ediblər ki, E.Ağayev sosial şəbəkələrdə çox fəal idi və inzibati cəza almasına səbəb də bu fəallğı ola bilər.