20:30, 11 Oktyabr 2019 (Cümə) 3384

AXCP fəalı təkadamlıq aksiya keçirib - VİDEO


 
AXCP fəalı təkadamlıq aksiya keçirib.

AXCP fəalı Tofiq Məmmədov oktyabrın 11-də metronun "İnşaatçılar" stansiyasının qarşısında təkbaşına etiraz aksiyası keçirib.

Aksiya zamanı ərazidəki polislər onu saxlayaraq, 29-cu polis bölməsinə aparıblar.

Tofiq Məmmədov aksiyanı keçirməsinə səbəb kimi uzun müddətdir polislərin ona küçə ticarəti ilə məşğul olmağa imkan vermədiyini deyib. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasından bildiriblər ki gənc fəal bu il 3 dəfə saxlanılıb.

"Gəlib satdıqlarını dağıdırlar, özünü polisə aparırlar. Amma bir çox başqa adamlar metro stansiyası yaxınlığında rahat ticarətlə məşğul olurlar. Siyasi baxışlarına görə Tofiqə qarşı ayrı-seçkilik edirlər" - partiyadan bildirilib.

Onun ayri-seçkiliyə etiraz olaraq təkbaşına aksiya keçirdiyi vurğulanır.

Hazırladı: Əbülfət Baxşəli