16:32, 20 İyun 2019 (Cümə axşamı) 74

AXCP fəalı azad buraxılıb

AXCP fəalı azad buraxılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Paşa Dadaşzadə bakının Binəqədi rayon Polis İdarəsində şifahi xəbərdarlıq edilərək iyunun 20-də azad buraxılıb. 

Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, fəal dünən axşam saatlarında evindən polisə aparılıb.

"Dadaşzadə polisdə facebookda hüquq mühafizə orqanlarının və digər hökumət qurumlarının kəskin tənqidi əks olunun videosunu yayıb. Polisdə bu video barədə soruşublar və təkizb verməsini tövsiyyə ediblər. O şifahi xəbərdarlıq edilərək azad buraxılıb,” Bayramlı qeyd edib.

Öz növbəsində rəsmi qurumlar Paşa Dadaşzadənin saxlanılması barədə hələ məlumat yaymayıb.