11:03, 21 Avqust 2019 (Çərşənbə) 65

AXCP iki fəalı saxlanılıb

AXCP iki fəalı saxlanılıb
AXCP-nin məlumatına görə, gənc fəal Səhlədar İsgəndərli avqustun 20-də saxlanılıb. Onu iki gün qabaq Bakının mərkəzində keçirdiyi təkadamlıq aksiyaya görə polislər həbs edib.

Ailə üzvlərinin dediyinə görə İsgəndərli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

AXCP-nin digər məlumatında isə deyilir ki, avqustun 20-də həmçinin daha bir gənc fəal Vilayət Məmmədova 30 sutka inzibati həbs verilib.

"Səbəb kimi əsasən fb-də sərt yazıları göstərilir.”

Rəsmi qurumlar AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq ərəfəsində və mitinqdən sonra AXCP-nin altmışdan çox fəalı saxlanılıb. Onlardan 54 nəfəri 10 sutkadan 30 sutkayadək inzibati həbsə məhkum edilib. Partiya fəallarından 5 nəfəri təkrarən inzibati həbsə məhkum edilib.

AXCP-nin 24 fəalı 50 manatdan 500 manatadək inzibati qaydada cərimə olunub.

Azərbaycan rəsmiləri insanların siyasi fəaliyyətlərinə görə təqib edilmədiyini bildirir və bununla bağlı tənqidləri qərəzli sayır.
 
AmerikaninSəsi.org