11:15, 23 Avqust 2019 (Cümə) 58

AXCP-nin şöbə sədri həbs edilib - Yenilənib

AXCP-nin şöbə sədri həbs edilib - Yenilənib
Avqustun 23-də gecə saatlarında Azərbaycan Xalq Cəbhəsi Patiyasının (AXCP) Şəki rayon şöbəsinin sədri Mübariz Abdulkərimov yolda gedərkən saxlanılaraq Şəki Polis İdarəsinə aparılıb.

Bu barədə AXCP-nin məlumatında deyilir.

AXCP fəalın bu gün məhkəmə qarşına çıxarılacağını bildirir.
 
Şəki Rayon Məhkəməsinin onun haqqında 15 sutka inzibati cəza çıxardığı bildirilir.

Məlumatı Meydan TV-yə AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.

"AXCP-yə qarşı repressiyalar davam edir,” - partiya son həbsləri belə qiymətləndirir.

Mübariz Abdulkərimov son iki gündə polis tərəfindən saxlanılan beşinci partiya üzvüdür.

Onlardan Səhlədar İsgəndərli 60 sutka, Vilayət Məmmədov 30 sutka, Ceyhun Novruzov 10 sutka inzibati həbsə məhkum edilib, Elzamin Salayev isə 50 manat cərimələnib.