18:30, 15 Fevral 2020 (Şənbə) 152

AXCP sədrinin müavini 16 fevral mitinqilə bağlı polisə çağırılıb

AXCP sədrinin müavini 16 fevral mitinqilə bağlı polisə çağırılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi fevralın 15-də Abşeron Rayon Polis İdarəsinə çağırılıb.

Turan informasiya agentliyi bu barədə məlumat yayıb.
 
"Məndən fevralın 16-a bir neçə siyasi partiya və təşkilatlar tərəfindən təyin olunmuş mitinqdə AXCP-nın iştirakı və partiyanın mitinqin təşkilatçı olub-olmamasını soruşdular. Mən də bildirdim ki, təşkilatçı biz olsaydıq, bunu açıq deyərdik, çünki burada gizli və qeyri-qanuni nəsə yoxdur”, - o, bildirib.

Abşeron Rayon Polis İdarəsindən şərh almaq mümkün olmayıb.

ReAl və Müsavat partiyaları, D18 Hərəkatı üzvlərinin mitinqi fevralın 16-ı saat 15:00-da MSK-nın binası qarşısında təyin edilib. Mitinq iştirakçıları 9 fevral parlament seçkiləri zamanı saxtakarlığa etiraz etmək niyyətindədir. Hakimiyyət aksiyaya icazə verməyib.