16:48, 13 May 2019 (Bazar ertəsi) 95

"AzadlıqRadiosu"nun müxbirinə hücum ediblər



/ DÜNYA
Qırğızıstanın cənubundakı Oş şəhərində AzadlıqRadiosu-nun müxbirinə hücum olunub. 

Müxbir qanunsuz kazinonun şübhəli fəaliyyətini araşdırırmış.

Hücum zamanı müxbir Ydyrys Isakov-un üzü və əlləri cırmaqlanıb, paltarları cırılıb. Hadisə mayın 13-də Oşun mərkəzindəki DeLuxe oteli yaxınlığında baş verib.

Yerli NUR televiziyasının əməkdaşı da hücuma məruz qalıb.

Polis hücum edənlərin bir neçəsini saxladığını bildirir.

Isakov otel yaxınlığındakı binada fəaliyyət göstərən kazino barədə araşdırma aparırmış. Bir cütlük müxbirə oğullarının kazinoda qumarda 50 min dollaradək pul itirdiyini deyib.

Təhlükəsizlik səbəbindən adlarının çəkilməsini istəməyən cütlüyün sözlərinə görə, kazino orada 2017-ci ildən fəaliyyətdədir.

Qırğızıstan 2012-ci ilin əvvəlindən kazinoları qadağan edib. Ancaq millət vəkilləri ölkə boyunca çoxsaylı kazinoların qanunsuz işlədiyini bildirir.
 
Azadliq.org