11:57, 17 İyul 2019 (Çərşənbə) 62

AZAL-a məxsus “Airbus A320” təyyarəsi havada quşla toqquşub

AZAL-a məxsus “Airbus A320”  təyyarəsi havada quşla toqquşub
Bu gün iyulun 17-də səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus "Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.

"Report.az" xəbər verir ki, bu barədə AZAL məlumat verib.

Məlumatda deyilir ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.

Təyyarə Bakıda uğurlu eniş edib, sərnişinlər arasında xəsarət alan olmayıb.