Siyasət

Azər Qasımlı: “6 ildən sonra artıq Gürcüstan prezidentini xalq birbaşa seçməyəcək”

23 Noyabr, 2018
1994
Gürcüstanda prezident seçkiləri keçirilib, seçkilərinin qalibi isə ikinci turda məlum olacaq. 

İkinci tur noyabrın 28-nə təyin edilib. MSK-nın ilkin məlumatlarına əsasən, birinci turda prezidentliyə namizəd Salome Zurabişvilinin lehinə 614 min 964 seçici səs verib və o, səslərin 38,66 faizini qazanıb. 

Onun əsas rəqibi Qriqol Vaşadze isə 599 min 662 səs toplamaqla 37,7 faizlə ikinci yerdədir. 

Siyasi ekspert, ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı Gürcüstandakı seçkilər, nəticələri və Azərbaycana təsiri ilə bağlı ToplumTV-yə danışıb.

"Demokratik seçki də elə bir şeydir ki, həmişə surprizərlə doludur”

- Gürcüstandakı prezident seçkilərində 2 dekabrda 2-ci tur olacaq. İki namizəddən hansı qalibiyyətə daha yaxındır?

- Birinci turdan Vaşadzenin, yəni müxalifətin vahid namizədinin şansları daha çoxdur. Çünki birinci turun nəticəsi olaraq, sadəcə 1 faiz geridə idi. Amma 1-ci turda 3-cü və 4-cü yeri tutan şəxslər səslərini Vaşadzeyə verəcəkləri ilə bağlı elan verdilər. Ona görə riyazi olaraq bu şəkildə qəbul etsək, təbii ki, Vaşadzenin şansı daha çoxdur. Amma burda 2 məsələ var; birinci turda səs verdiyi namizəd ikinci tura keçməzsə, həmin şəxs onun göstərdiyi digər namizədə səs verəcək. Birinci turda ikinci, üçüncü, dördüncü yeri tutan müxalifətdən olan namizədlərin  toplam səslərini ikiyə bölmək lazımdır və onu da Vaşadzenin səslərinə əlavə etdikdə, əlli faizi aşa biləcəkmi sualı yaranır. Riyazi olaraq, görünən odur ki, aşa biləcək. Amma digər tərəfdən də, birinci turda çox az adam iştirak edib. Yəni bir çox insan seçkidə iştirak etməyib və ola bilsin ki, həmin insanlar ikinci turda iştirak etsinlər. İnsanlar həqiqətən kimə səs verəcəklər, o da hələ bəlli deyil. Bir də, hökumətin 2 gün əvvəl kredit borclarla bağlı əhalidən 600.000 borc silinməsi qərarının da təsir olacaq. İndi o təsir nə qədər olacaq, onu bilinmək çətindir. Amma belə baxanda 600.000 adam az deyil, seçicilərin təqribi 30 faizidir. Və bu adamlar gəlib həqiqətən də hakimiyyətin dəstəklədiyi namizədə səs verəcəklərmi, bu da sual yaradır. Mən onların şanlarını bərabər görürəm, 50/50-yə. Əslində,  600.000 insanın bank krediti borclarının silinməsi  qərarı  olmasa  idi, düşünürdüm ki, Vaşadze  qalib gələcəkdi. Bundan sonra, açığını deyim, onların şanslarını bərabər görürəm. Nəticəni seçki göstərəcək.  Demokratik seçki də elə bir şeydir ki, həmişə sürprizərlə doludur. Yeri gəlmişkən,  Amerikada  Tramp seçildi, amma bütün sosioloji  sorğular seçkidən əvvəl Hillari Klintonun  qələbə çalacağını deyirdi. Amma nəticə etibarı ilə  Tramp qələbə çaldı və aralarındakı  fərq də, o  qədər kiçik deyildi.  Ona görə seçki haqda nəsə demək çətindir. Seçki seçkidir və sürprizlərlə doludur, çünki bu demokratik seçkidir və birinci tur da onu göstərdi ki,  Gürcüstan artıq Azərbaycandan fərqli olaraq, demokratik seçki keçirir.

"Mən şəxsən inanmıram ki, bunun son nəticəyə ciddi bir təsiri olsun”

- Qardabanidə Salome Zurabişvilinin qeyri-formal ştabında səslər 20 lariyə satılır, xalqa ya pul, ya da 5 kilo kartof və soğan verirlər iddiaları Gürcüstan mətbuatında yer alır. Bu iddiaları doğru saysaq,  azərbaycanlıların səsinin kartof-soğana satılması Qardabani əhalisinin sosial vəziyyətinin ağır olduğunun göstərici saymaq olarmı?

- Yəni indi belə bir fikirlər səslənir, tək bu deyil, başqa fikirlər də var Gürcüstan mətbuatında. İsanların vəsiqələri  dəyişirlər və s. Onu da deyim ki, əslində, Gürcüstan demokratiyası hələ tam bərkiməyib, bu, aydın məsələdir. Demokratiyada  hökumətlərə seçkilərə bir il qalmış 600.000 şəxsin borclarının silinməsi kimi qərarlar qadağan edilir. Çünki dolayısı yoldan bunun seçkiyə təsiri var, iqtidarda olduğuna görə inzibati resursdan istifadə edib, belə qərar verilə bilir. Müxalifətin isə belə qərar vermə kimi şansı olmur. Düzdür, bu pullar büdcədən deyil, başqa bir İvanaşviliyə yaxın fonddan alınan pullardır. Amma hər bir halda hökumət bu qərarı verib. Əslində bu yanlışdır. Bu, onu göstərir ki, Gürcüstan demokratiyası hələ bərkiməyib. Tam Avropa səviyyəsinə gəlib çıxmayıb. Bu isə, əslində normaldır. Heç kəs gözləmirdi ki,  yaxın 10 ildə  Gürcüstan demokratiyası Avropa demokratiyası səviyyəsində olsun. Buna müəyyən bir zaman lazımdır. Amma yolun böyük hissəsi qət edilib. Qardabanidə kimlərinsə azərbaycanlıların  və yaxud  hansısa başqa seçicilərin səslərini kartof-soğana və yaxud nəyəsə almaları kimi faktlar varsa və bu kütləvidirsə, təbii ki, mənfi haldır. Belə bir hal seçiciyə pul verib, onun səsini almaq deməkdir. Bu isə qanun pozuntusur. Fərq eləmir, bu, Amerikadamı, Avropadamı, Gürcüstandamı, Azərbaycandamı – dünyanın harasında olursa, olsun.  Amma mən şəxsən inanmıram ki, bunun son nəticəyə ciddi bir təsiri olsun. Bu faktlar lokal (yerli)  faktlardır. Hökumətin bu yolla getməsinə, açıqcası,  inanmıram. Etsəydilər, elə bu yola başvurardılar, təxminən yarım milyard xərcləyib, 600.000 şəxsin borcunu silməzdilər.  Nəzəri olaraq, bir şeyi demək istəyirəm. Demokratiyalar varlı cəmiyyətlərdə mümkündür, kasıb dövlətlərdə demokratiya qurmaq olduqca çətindir, çox vaxt da mümkünsüzdür. İqtisadiyyat inkişaf etdikcə, insanların sosial vəziyyəti yaxşılaşdıqca, demokratiyanın səviyyəsi daha da artır. Demokratiyanın tam olaraq bərqərar olması, oturuşması, institutlaşması üçün adam başına düşən gəlir hesablanıb ki,  10.000 dollardan aşağı olmamalıdır. Gürcüstan iqtisadiyyatı artdıqca, adam başına düşən gəlir çoxaldıqca, Gürcüstan demokratiyası da möhkəmlənəcək. Demokratik ənənələr yaranacaq.
Yeri gəlmişkən onu da deyim ki, birinci turda Azərbaycan bölgələrinin böyük əksəriyyəti məhz müxalifət nümayəndəsinə səs vermişdirlər. Mən inanmıram ki, bir kartof-soğana görə ağlı başında olan seçici gedib başqa namizədə səs versin.

"Hətta Vaşadze prezident seçilsə, bu, o demək deyil ki, artıq Gürcüstan hakimiyyətində iki hakimiyyətlilik yaranacaq”

- Griqor Vaşadze seçildiyi təqdirdə Gürcüstan daxili proseslərin istiqamətində yeni yön ola bilərmi? 

- Gürcüstan artıq parlament respublikasıdır. Hazırda keçirilən seçkilər də, birbaşa xalqın prezidenti  seçmə praktikasının görüntüsüdür. Görüntü odur ki, xalq prezidenti seçir. Bundan sonra, yəni 6 ildən sonra artıq Gürcüstan prezidentini xalq birbaşa seçməyəcək, onu həm parlamet seçəcək, həm də bələdiyyələr. Hər bir halda, bu gün belə Gürcüstan konstitusyasına görə Gürcüstan parlament respublikasıdır.İcraedici hakimiyyət tam olaraq Baş nazirin əlindədir. Prezident sadəcə dövlət başçısıdır. Lakin icraedici hakimiyyətin başçısı deyil. Gürcüstanda  prezident istədiyini təbii ki, edə bilməz, o səlahiyyətlər onda yoxdur, parlamentdən müəyyən qədər də hökumətdən asılı vəziyyətdədir. Bu səbəbdən hətta Vaşadze prezident seçilsə, bu, o demək deyil ki, artıq Gürcüstan hakimiyyətində iki hakimiyyətlilik yaranacaq, prezident bir çox məsələdə önəmli rol oynayacaq və s.

Digər tərəfdən də, prezidentin qanunları imzalamaq, hansısa qanunlara veto qoymaq səlahiyyəti var. Düzdür, parlament o vetonu aşa bilər, o ayrı bir məsələdir, amma hər halda prezident nə qədər icraedici səlahiyyətləri olmasa da, müəyyən səlahiyyətləri olacaq. Bildiyiniz kimi,  Vaşadze müxalif namizəddir, İvanaşvilini qəbul etməyən bir şəxsdir, Saakaşviliyə yaxındır, onun partiyasının nümayəndəsidir və s. Seçildiyi təqdirdə,  Gürcüstan daxili siyasətində İvanaşviliyə qarşı müsbət bir balanslaşma olacaq. Bu, çox önəmli məqamdır. İrəlidəki parlament seçkilərində müxalifətin qələbə qazanmaq şanslarını daha artıracaq, təbii ki, əgər Vaşadze prezident seçilsə.

"O prezident gəlib azərbaycanlılara qarşı nə edəcək ki?”

- Seçkilərdə Gürcüstan azərbaycanlılarının mövqeyi daha çox hansı  istıqamətə olacaq? Ümumiyyətlə, bu iki namizədin qeyri-gürcülərə qarşı münasibətinin necə olacağını düşünürsünüz?

- Birinci turun səsvermə nəticəsi nə idisə, ikinci turda azərbaycanlıların kompakt yaşadığı bölgədə səslər, mən düşünürəm ki, eyni olacaq. İnanmıram ki, bir ay ərzində insanlar fikirlərini bu qədər asanlıqla dəyişə bilərlər. Bu, inandırıcı deyil. Amma indi kim seçiləcəksə, bunun insanlara mənfi, ya müsbət təsiri olacaqmı, olmayacaqmı bunu da deyə bilmərəm, gələcək göstərəcək. Həm də bayaq qeyd etdiyim kimi, ölkə parlament respublikasıdır.  Prezidentin də icraedici heç bir səlahiyyəti yoxdur. O prezident gəlib azərbaycanlılara qarşı mənfi və ya müsbət nə edəcək ki? Təkrar qeyd edirəm, Gürcüstanda hakimiyyət dəyişikliyi olmayacaq, çünki Gürcüstan parlament respublikasıdır.

Əminə Məmmədova
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo