11:24, 13 İyun 2019 (Cümə axşamı) 58

"Azərbaycan Aİ ölkələrinin iqtisadiyyatına 15 milyard dollar investisiya qoyub" - Nazir

"Bu gün keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes forumunda 1 000-ə yaxın iş adamı iştirak edir”.

"Report” xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, hazırda ölkədə 1 600-dən çox Aİ şirkəti fəaliyyət göstərir. İndiyə qədər bu şirkətlər Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya qoyub. Azərbaycan isə Aİ ölkələrinin iqtisadiyyatına 15 milyard dollar investisiya qoyub.

"Aİ-nın Cənubi Qafqaz regionu üzrə ticarət dövriyyəsinin 78%-i Azərbaycanın payına düşür. Azərbaycanın isə xarici ticarət dövriyyəsində Aİ ölkələri 42% paya malikdir. Ötən il ticarət dövriyyəmiz 30% artıb. Qeyri-neft sektorunda Aİ bazarının böyük potensialı var”, - Ş.Mustafayev qeyd edib.

Nazir Aİ ilə Azərbaycan arasında tranzit potensialı, regional layihələrin əhəmiyyəti barədə də danışıb və ötən il 9,3 milyon ton yükün daşındığını bildirib.

"Hazırda Azərbaycan Aİ ilə yeni saziş üzrə müzakirələr aparır. İnanırıq ki, bu saziş əməkdaşlığa yeni töhfə verəcək”, - Ş.Mustafayev bildirib.