16:16, 29 Noyabr 2019 (Cümə) 37

Azərbaycan Albaniyaya 500 000 avro humanitar yardım ayırıb

Azərbaycan Albaniyaya 500 000 avro humanitar yardım ayırıb
Nazirlər Kabineti Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

Məlumatı Report yayıb.

Sərəncamla cari il noyabrın 26-da Albaniya Respublikasında baş vermiş təbii fəlakətdən zərər çəkmiş əhaliyə humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Xarici İşlər Nazirliyinə 500 000 avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb.