16:54, 18 Oktyabr 2020 (Bazar) 49

Azərbaycan bayrağı Xudafərinə sancılıb

Azərbaycan bayrağı Xudafərinə sancılıb
İlham Əliyev rəsmi "Twitter" hesabında Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdıqları xəbərini yayıb.

Bundan öncə sosial şəbəkələrdə İranda yaşayan azərbaycanlıların Xudafərinə Azərbaycan bayrağının sancılması ilə bağlı çəkdikləri görüntülər yayılmışdı.  

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.