Siyasət

Azərbaycan bələdiyyə seçkilərinə necə hazırlaşır? - TƏHLİL

2 Sentyabr, 2019
1206
Dekabrın 27-də Azərbaycanda növbəti Bələdiyyə seçkiləri keçiriləcək. Buna baxmayaraq ölkədə seçki və seçkiyə hazırlıq ab-havası hiss olunmur.  

MSK-nın məlumatına görə, bundan əvvəlki bələdiyyə seçkilərində: 2009-cu ildə  seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı 4.6 mln, səsvermədə iştirak edən seçicilərin sayı isə 1.5 mln. 2014-cü ildə isə bu göstəricilər 4.8  və 1.8 mln.dur. 

Bu statistika 2014-cü ildə seçici sayının artdığını göstərsə də, Milli Məclis və Prezident seçkilərinə nisbətən aşağıdır. Belə ki,  2013-cü il Prezident seçkilərində seçici siyahılarına daxil edilmiş seçicilərin  ümumi sayı 5.1 mln, səsvermədə iştirak edən seçicilərin sayı 3.7 mln, 2015-ci ildə Milli Məclis  seçkilərində bu rəqəm  5.2 mln və 2.9 mln-dur. 

Bu statistika da onu göstərir ki, Bələdiyyə seçkilərinə diqqət və maraq elə də yüksək deyil. Həm də belə bir məqam üzə çıxır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinin  12.3  maddəsində göstərilir ki, Bələdiyyə seçkilərində Prezident və Milli Məclis seçkilərindən fərqli olaraq, vətəndaşlığı olmayanlarla yanaşı, xarici vətəndaşlar da iştirak edib səs verə bilər. 

Göstərildiyi kimi, Seçki Məcəlləsinin 12.2 maddəsinə görə vətəndaşlığı olmayanlar hər 3 seçkidə, 12.3 maddəyə görə, Bələdiyyə seçkilərində isə xarici vətəndaşlar da səs verə bilər. Lakin Bələdiyyə seçkilərində Prezident və Milli Məclis seçkilərində daha az seciçi sayı müşahidə olunur. 

Hüquqşünas Ələsgər Məmmədlinin Toplum.Tv-yə deyib ki, bələdiyyə seçkilərinə marağın az olmasının  səbəblərindən biri  bələdiyyə institutlarının cəmiyyətdə özünü doğrultmamasıdır:  "1999-cu ildə Azərbaycanda bələdiyyə institutu qurulurkən bələdiyyə qanunvericiliyini müvafiq icra hakimiyyətlərindən  daha aşağı  səviyyədə və çox az statusu olan bir struktur kimi formalaşdırdılar.  Məsələn,  bir rayonun həm bələdiyyəsi var, həm də icra başçısı. İcra başçısının yerli  "İcra Hakimiyyəti”  haqqında əsasnaməyə görə, 100-dən çox səlahiyyəti var,  Bələdiyyənin "Bələdiyyə fəaliyyəti”  haqqında qanuna görə, cəmi 4 səalhiyyəti var. Və bu 4 səlahiyyət də faktiki olaraq hamısı yenə icra strukturlarına paylaşılan səlahiyyətlərdir”. 
 
 
Ələsgər Məmmədli 

Hüquqşünasın sözlərinə görə, Azərbaycan Avropa Şurası üzvü olan ölkə kimi regional xartiyaya da qoşulub. Avropa regional xartiyasının şərtlərindən biri də Bələdiyyələrin səlahiyyətinin tam və müstəsna olmasıdır. İstər Konstitusiyada müəyyən olunan normada, istərsə də, bələdiyyə statusu haqqında qanunda bu müddəanın tam və müstəqil olması prinsipi qorunmur. İkinci səbəb Azərbaycanda seçki institutunun olmaması, ümumiyyətlə, seçki mexanizminə olan etimadsızlıqdır. Azərbaycanda 1992-ci ildəki seçkidən sonra, demək olar ki, cəmiyyət heç bir seçki haqqında "ədalətlidir, obyektivdir, demokratik keçirildi və  gerçəkdir" kimi nəticəsinə gəlməyib. Davamlı olaraq seçkidə iştirak eləyən tərəflər, o cümlədən, Beynəlxalq və yerli müşahidəçilər seçkilərin ədalətli keçirilmədiyini bəyan ediblər. Bura həm bələdiyyə, həm parlament, həm də prezident seçkiləri və referendumlar daxildir”.

Ələsgər Məmmədli deyir ki, hesabatlarda bu seçkilərin hər birində ciddi qanun pozuntularının olduğu, prosesin şəffaf-ədalətli keçmədiyi, tərəflərə bərabər  fürsət verilmədiyi  əksini tapıb.  

Onun sözlərinə görə, insanlar seçkiyə inamsız olduğu üçün prosesdə aktiv iştirak etmirlər: "Ayrıca, cəmiyyət bələdiyyə üzvlərinin müstəqilliyinə inanmır. O baxımdan  bələdiyyə seçkiləri onlar üçün nəsə fövqalədə xarakter daşımır".  

"Azərbaycan auditoriyasının İstanbul böyük şəhər bələdiyyə seçkilərini izləməsi, onu gündəm kimi təqib etməsi  hətta parlament seçkilərindən daha çox  diqqət cəlb etdi. Bunun  da  əhalinin  bu məsələlərə laqeyd deyil, sadəcə onun  nəticələrinin formalaşması prosesinin hüquq və qanunla müəyən olunan  çərçivədə olmadığı, gerçək vətəndaşın iradəsinin qutuya yansımadığı və qutudan çıxan nəticə ilə vətəndaşının iradəsi arasında böyük fərq olduğunu  bildiyindən dolayı və bu həm də təbii ki,  səlahiyyətlərin az olduğundan Bələdiyyə seçkilərinə maraq olmamasının əsas səbəblərindən biri olduğunu qeyd edir", - o bildirib.

Real Partiyasının icra katibi Natiq Cəfərlinin sözlərinə görə, bələdiyyə seçkilərinə marağın azalmasının səbəbi bu qurumun səlahiyyətlərinin tam olmamasındadır: "Bələdiyyə Azərbaycanda ölü doğulmuş uşağa bənzəyir. Bələdiyyə icra hakimiyyətindən asılıdır. Əsasən, bizdə bələdiyyə torpaq satan qurum kimi yadda qalıb. Digər səbəb kimi, azad və demokratik mühitin olmaması seçkiyə marağı öldürür”.
 
 
Natiq Cəfərli 

Müsavat başqanı Arif Hacılı da o fikirdədir ki, demokratik və azad seçkinin olmaması insanlarda bu seçkiyə marağın azalıb çıxmasına gətirib çıxarır.
 
 
Arif Hacılı 

Deputat Aydın Mirzəzadənin sözlərinə görə, bələdiyyə seçkilərinə həmişə böyük maraq  var və hər seçkidə bu maraq daha da artır. 

Onun sözlərinə görə, yerli sakinlər şəhərin yerli idarəetmə orqanına seçilməkdə, öz potensialını göstərməkdə maraqlıdırlar.
 
 
Aydın Mirzəzadə 

"Bələdiyyə seçkilərinə  ildən-ilə, hər seçkidən seçkiyə  daha çox şəxs öz namizədliyini verir. Bunların içində müxtəlif təbəqələrin - yaşlıların, gənclərin, qadınların, iş adamlarının namizədliyini və seçildiyini görürük", - deputat deyib. 

Elmar Əziz

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo