13:35, 08 Noyabr 2019 (Cümə) 79

Azərbaycan BMT-nin nasizmə qarşı qətnaməsini qəbul edib

Azərbaycan BMT-nin nasizmə qarşı qətnaməsini qəbul edib
Azərbaycan Rusiyanın təşəbbüsü ilə BMT Baş Asambleyasının 3-cü Sosial və Humanitar Komitəsində müzakirəyə çıxarılan nasizmin tərənnümünü pisləyən qətnamə layihəsini dəstəkləyib.

"RİA Novosti”nin verdiyi məlumata görə, BMT Baş Assambleyasının sosial və humanitar məsələlər üzrə üçüncü komitəsində Rusiyanın qətnaməsi səs çoxluğu ilə qəbul edilib.
 
"Nasizmin tərənnümü: nə, neo-nasizmə, irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiya və onunla bağlı dözümsüzlüyün artmasına rəvac verən digər fəaliyyət növlərinə qarşı mübarizə” adlı qətnaməyə 55 üzv bitərəf qalsa da, 2 nəfər əleyhinə səs versə də, 121 səslə qəbul olunub.
 
Qətnamənin əleyhinə səs verən ölkələrin Ukrayna və ABŞ olduğu bildirilir. 

Qətnamə ölkələrə "II Dünya Müharibəsinin nəticələrinə baxılmasının və insanlığa qarşı cinayətlərin və İkinci Dünya Müharibəsi zamanı törədilmiş cinayətlərinin rədd edilməsinin qarşısını almaq üçün” konkret tədbirlər görməyi tövsiyə edir.
 
"İkinci Dünya müharibəsinin yekunlarını dəyişdirilməsinin, bu müharibə zamanı törədilmiş insanlığa qarşı və hərbi cinayətlərin inkarının qarşısını almaq məqsədi ilə həm də qanunçuluq və təhsil sahələrində, insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərinə uyğun olaraq” üzv ölkələrə müvafiq tədbirlər görməyi tövsiyə edən sənəddə nasizmin tərənnümü və təbliğatı ilə bağlı hallar qətiyyətlə pislənilir, dövlətlər bütün müvafiq vasitələrlə, o cümlədən lazım gələrsə qanun yolu ilə irqi ayrı-seçkiliyin bütün növlərini aradan qaldırmağa təkidlə çağırılır.

Politoloq Yevgeni Ben "Sputnik Radiosu”nda səsvermənin nəticələrini belə şərh edib:

"Ukraynaya gəldikdə, onun belə mövqeyi normaldır, çünki Kiyev Bandera cinayətkarlarını, Şukeviç və Banderanın ardıcıllarını, Böyük Vətən Müharibəsi qəhrəmanları ilə müqayisə edir. ABŞ üçün bu, hər şeydən əvvəl Rusiyanın mövqeyinə qarşı çıxmaq naminə siyasiləşmiş fürsətçi hərəkətdir”.