18:00, 08 Avqust 2019 (Cümə axşamı) 44

Azərbaycan Bolqarıstana nota verib

Azərbaycan Bolqarıstana nota verib
Azərbaycanın Sofiyadakı səfirliyi bolqarıstanlı deputatlar Valeri Simeonov və Yordan Apostolovun Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etməsilə əlaqədar etiraz notasını Bolqarıstan XİN-ə təqdim edib.

Bu barədə Turan İA xəbər verib.

Xəbərdə deyilir ki,   V.Simeonov üçüncü dəfədir ki, Qarabağa səfər edir. İlk səfər 2016-cı ildə olub və o, "qara siyahı"ya daxil edilib. Ona Azərbaycana gəlmək qadağan edilib. Y.Apostolova da qarşı analoji addımlar atılacaq.

Sözügedən şəxslər avqustun 6-7-də Qarabağda olublar, orada erməni separatçıların rəhbərliyi, əsasən "parlamentin spikeri" Aşot Qulyan ilə görüşüblər.