18:34, 17 Sentyabr 2019 (Çərşənbə axşamı) 111

Azərbaycan bu ilin 6 ayında qaz ixracını artırıb

Azərbaycan bu ilin 6 ayında qaz ixracını artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 6,94 mlrd. kubmetrə yaxın qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, hesabat dövründə ölkədən ixrac edilən  qazın dəyəri 1,42  mlrd. ABŞ dollara yaxın təşkil edib ki, bu, 1,6 dəfə artım deməkdir.

Sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.