15:14, 16 Aprel 2019 (Çərşənbə axşamı) 268

“Azərbaycan Dəmir Yolları”nın işçilərinin sayı azaldacaq

“Azərbaycan Dəmir Yolları”nın işçilərinin sayı azaldacaq
2022-ci ilə qədər "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşlarının sayı 3 dəfədən çox azaldılması nəzərdə tutulur.

Bunu dövlət müəssisəsinin auditini həyata keçirən KPMG audit şirkəti bəyan edib.

Audit nəticəsində məlum olub ki, ADY-nin işçi heyətinin sayı təxminən 22 min nəfərdir və bu rəqəmin 6 422 nəfərə qədər azaldılması, orta aylıq əmək haqqının isə 596 manat təşkil edməsi tövsiyyə olunub.