11:27, 16 Oktyabr 2020 (Cümə) 86

Azərbaycan diasporu İsraildə aksiya keçirib

Azərbaycan diasporu İsraildə aksiya keçirib
İsrailin Petah-Tiqva şəhərindəki Azərbaycan diasporu Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatına etiraz olaraq aksiya keçirib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Aksiya iştirakçıları yerli sakinlərin diqqətini Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin və digər yaşayış məntəqələrinin raket atəşinə tutulmasına çəkiblər.

Həmçinin
mülki şəxslərin, azyaşlı uşaqların və mülki obyektlərin dağıdılmasını vurğulayıblar.

Etirazçılar Ermənistanın hərbi təxribatlarla Cenevrə Konvensiyasının tələblərini, fundamental insan hüquqlarını pozduğunu nəzərə çatdırılıb. 

Aksiya iştirakçıları dünya birliyinə və beynəlxalq ictimaiyyətinə çağırış ediblər.

Azərbaycanı dəstəkləyən Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər ölkələrə minnətdarlıq ifadə edilib.

Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı aksiyada "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Azərbaycan ədalət istəyir!", "Azərbaycan sülh istəyir”, "Biz terrora yox deyirik!", "Qarabağ haqqımızdır!", "Biz səninləyik, Azərbaycan!" və sair şüarlar səsləndirilib.

Aksiya Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb. 

10 nəfər ölüb, 35 nəfər yaralanıb.