İqtisadiyyat

Azərbaycan "Doing Business" reytinqində geriləyib

24 Oktyabr, 2019
1111
Azərbaycan Dünya Bankı (DB) tərəfindən hər il dərc olunan "Doing Business-2020" reytinqində 190 ölkə arasında 34-cü yeri tutub.

Bu barədə DB-ın cümə axşamı dərc olunan hesabatında  göstərilib.
 
"Biznesin aparılmasının asanlaşdırılması” qlobal reytinqində Azərbaycan 9 pillə geriləyərək 34-cü pilləsində qərarlaşıb. Azərbaycan ötən il 25-ci yer tutmuşdu.  

Məlumata görə, bu il DB Azərbaycanda həyata keçirilən beş islahatı nəzərə alıb. Belə ki, Azərbaycanda əmlakın qeydiyyatı kadastrların əhatə dairəsinin genişlənməsi və kadastr planlarının rəqəmsallaşdırılması hesabına daha asan və şəffaf olub. Azərbaycan həmçinin əmlakın başqasına ötürülməsi zamanı notariusun depozit hesabına pul qoymağı icbari edərək prosesi çətinləşdirib. Eyni zamanda Azərbaycan girov təminatı kimi daşınar aktivlərdən məhdudiyyət olmadan istifadəyə imkan verərək kreditlərə çıxış imkanlarını genişləndirib.
 
Dünya Bankının bu gün dərc olunmuş illik məruzəsinə əsasən "biznesə başlamaq” nominasiyasında bu il ötən ilki 9-cu yerdə qalan Azərbaycan "kredit almaq” nominasiyasında müvafiq olaraq 22-ci yerdən 1-ci yerədək, "tikintiyə icazə almaq” nominasiyasında da 61-ci yerdən 59-cu yerədək irəliləyib.

Bununla yanaşı, Azərbaycan "müqavilələrin icrasına təminat” nominasiyasında 28-ci yerdə, "vergitutma” nominasiyasında 40-cı yerdə, "mülkiyyətin qeydiyyatı” nominasiyasında 44-cü yerdə, "müflisləşmə prosedurunun sadəliyi” nominasiyasında 47-ci yerdə, "elektrik şəbəkəyə qoşulma” nominasiyasında 80-ci yerdə, "beynəlxalq ticarət” nominasiyasında 83-cü yerdə, "kiçik sərmayədarların qorunması” nominasiyasında 105-ci yerdə qərarlaşıb.

 
Azərbaycanda həmçinin borcların və öhdəliklərin ümumi təsvirinə, maraqların məhkəmədənkənar müdafiəsinə imkan verilir. Azərbaycan maraqlı tərəflərlə ədalətsiz əməliyyatlara görə direktorların üzərinə məsuliyyət qoymaqla minoritar investorların müdafiəsini gücləndirib. Digər tərəfdən, Azərbaycan fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması sistemini dəyişdirərək vergilərin ödənilməsini çətinləşdirib.

Hesabata görə, Azərbaycan iddiaçılara ilkin şikayətləri elektron qaydada təqdim etməyə imkan verən elektron sistem tətbiq etməklə və könüllü vasitəçilik haqqında qanun qəbul etməklə müqavilələrin icrasını asanlaşdırıb.

Biznes şəraitinin hərtərəfli qiymətləndirilməsi 10 göstərici üzrə aparılır: müəssisələrin qeydiyyatı, tikintiyə icazələrin alınması, elektrik təchizatı sisteminə qoşulma, əmlakın qeydiyyatı, kredit almaq, muniritar investorların müdafiəsi, vergiyə cəlb olunma, beynəlxalq ticarət, müqavilələrin icrasının təmin olunması və müflisləşməyə icazə verilməsi (iflas prosedurlarının əlçatanlığı).



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo