Sosial

“Azərbaycan elmi məqalələrin sayına görə sonuncu yerlərdədir”

18 Noyabr, 2019
432
Gələn ilin büdcəsindən elmə 1 faizdən az vəsait ayrılması nəzərdə tutulub

2020-ci ilin dövlət büdcəsində elm xərcləri üçün 193.7 milyon manat nəzərdə tutulub. Bu, o deməkdir ki, elm xərcləri 26,913 milyard manatlıq dövlət büdcəsi xərclərinin 1 faizindən də az olacaq.

Meydan TV-yə danışan iqtisadçı Vüqar Bayramov deyir ki, elm xərclərinə az vəsaitin ayrılması qlobal impact jurnallarda çap edilən Azərbaycan alimlərinin elmi məqalələrinin sayına təsir göstərəcək:

"Belə ki, beynəlxalq "Scimago Journal & Country Rank” şirkətinin qiymətləndirməsinə görə, elmi impact məqalələrin sayına görə, Azərbaycan dünyada 92-ci yerdədir. Qonşu Gürcüstan bizdən 10 pillə öndədir”.

Çap edilən elmi məqalələrin sayına görə, Rusiya 13, Ukrayna 42, Belarus 66, Qazaxıstan 76-cı yerləri bölüşür.

İqtisadçı deyir ki, göründüyü kimi əksər MDB ölkələrilə müqayisədə Azərbaycanın aparıcı elmi jurnallarda daha az elmi məqalələri çap edilir. Bu baxımdan elm xərclərinin məbləğinə baxılmalı və xüsusən də, impact jurnallarda çap olunmaq üçün təşviqedici metodlardan istifadə olunmalıdır:

"Doğrudur, bəzi yerli universitetlər, o cümlədən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) qlobal jurnallarda elmi məqalələri çap edilən əməkdaşlarına əlavə stimullaşdırıcı ödəniş edir. Bu, pozitiv haldır. Amma dövlət büdcəsi hesabına da xarici elmi məqalələr çapının təşviq edilməsinə ehtiyac var”.

Vüqar Bayramov deyir ki, bunun üçünsə elm xərclərinin məbləğinin ünvanlı şəkildə artırılmasına ehtiyac var:

"Unutmayaq ki, ölkənin dayanıqlı inkişafı daha çox elmin inkişafından keçir”.

2020-ci ilin dövlət büdcəsində neftin bir barreli 55 dollardan götürülüb.

Büdcə gəlirinin yarıdan çoxu hələ də neft gəlirləri hesabına formalaşır. Gələn ilin dövlət büdcəsinin nə az, nə çox 57 faizini - neftdən gələn gəlirlər təşkil edir: həm Neft Fondundan transfertlər, həm də digər neft gəlirləri.

Gələn il Neft Fondundan Dövlət büdcəsinə 11,7 milyard manat birbaşa transfert gözlənir.

Prezident İlham Əliyev özü də oktyabrın 15-də müşavirədə bu problemə toxunub. Büdcədə neftdən asılılığın aradan qaldırılması üçün hökumətə tapşırıqlar verdiyini deyib.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo