17:01, 18 Oktyabr 2020 (Bazar) 82

“Azərbaycan erməni hərbçilərinin meyitlərini verməyə hazırdır”

“Azərbaycan erməni hərbçilərinin meyitlərini verməyə hazırdır”
Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. 

Məlumatda deyilir ki, Azərbaycan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana verməyə hazırdır. 

Komissiya BQXK-nın Azərbaycan nümayəndəliyi ilə görüşdə məlumatın qarşı tərəfə çatdırılmasını istəyib. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, Hadrut qəsəbəsini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 
Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.